Ana Sayfa > Gündəm > Deputat Ağacan Abiyev: “Valentin günü keçirirlər, lap əcəb eləyirlər!”

Deputat Ağacan Abiyev: “Valentin günü keçirirlər, lap əcəb eləyirlər!”


14-02-2019, 14:52. Yazar: sevinc1
Deputat Ağacan Abiyev: “Valentin günü keçirirlər, lap əcəb eləyirlər!”


“14 fevral Müqəddəs Valentin günü bizim dinimizə aid bir tarix deyil. Bir sözlə, bu günün qeyd edilməsinin bizə aidiyyatı yoxdur. Valentin gününü xristianlar yaradıblar və onlar da qeyd edirlər”.



Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ağacan Abiyev deyib.



Deputat bir müsəlman kimi Müqəddəs Valentin gününü qeyd etməyin əleyhinədir və deyir ki, özü də bu günü xüsusi olaraq keçirmir:


“Dünyada 200-ə yaxın ölkə və din var. Hərəsinin də öz adət-ənənəsi... 14 fevral bayram da deyil eee, gündür. Bəzi ölkələr var ki, bu günü qeyd edirlər. Lap əcəb də eləyirlər. Biz də onları təbrik edirik. Bizim onların işinə qarışmağımız və fikir bildirməyimiz gülməli çıxar. Bu məsələ bizlik deyil”.

aia.az
Geri dön