Ana Sayfa > Cəmiyyət > Abort zamanı ölən qadınla bağlı cinayət işi açıldı

Abort zamanı ölən qadınla bağlı cinayət işi açıldı


14-02-2019, 11:07. Yazar: sevinc1
Abort zamanı ölən qadınla bağlı cinayət işi açıldı


Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

BakuPost-un məlumatına görə, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, N.Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. Qadının hamiləliyi müəyyən olunduqdan sonra o həmin gecəni xəstəxanada qalıb, fevralın 12-də abortdan sonra qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

aia.az
Geri dön