Ana Sayfa > Manşet / Təhsil > 20 saylı məktəb-lisey valideynlərin narahatlığına AYDINLIQ GƏTİRDİ

20 saylı məktəb-lisey valideynlərin narahatlığına AYDINLIQ GƏTİRDİ


12-02-2019, 17:52. Yazar: sevinc1
20 saylı məktəb-lisey valideynlərin narahatlığına AYDINLIQ GƏTİRDİ


Bakı şəhəri, Yasamal rayonu 20 saylı məktəb-liseylə bağlı şikayətlər var. Məktəb şagirdlərinin valideynləri tərəfindən Modern.az-a daxil olan şikayət hər ay ailələrə məxsus məlumatların toplanması ilə bağlıdır.


Adının çəkilməsini istəməyən valideynlər bildirir:


“Hər ay sinifin “Whatsapp” qrupuna eyni məzmunlu mesajlar yazılır. Valideynlərin, evdə yaşayan digər şəxslərin şəxsiyyət vəsiqələrinin surəti, poçt indeksi, uşaqların məktəbə hansı nömrəli avtomobillə, hansı avtobusla gəlib-getdiyi dəqiqləşdirilir”.

Valideynlər aidiyyatı üzrə məktəbdən bu məlumatların hansı əsaslarla toplandığını soruşublar. Məktəbdən onlara verilən məlumatda, bunun elektron baza sisteminin yaradılması ilə bağlı olduğu deyilib. Ailələr ondan narahatdırlar ki, bir müddət əvvəl Binəqədi rayonunda yerləşən məktəblərdən birində də bu cür məlumatlar toplanıb və valideynlərin adına müxtəlif banklardan kredit götürülüb:

“Kim zəmanət verir ki, bizim məlumatları toplayıb bu cür işlər görməyəcəklər? Baza sistemi yaradılır, lap yaxşı, uşağın məktəbə hansı maşınla gəlib-getdiyi, maşının markası onların nəyinə lazımdır?! Bəlkə mənim məlumatlarım əsasında bankdan özünə kredit götürəcək?! Məktəbin məlumat baza sistemi niyə hər ay yenilənir?!”



Məsələ ilə bağlı 20 nömrəli məktəb-liseyin direktor müavini Aynur Rüstəmova Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, baza sisteminin yaradılması ilə bağlıdır:

“Şagirdlərlə bağlı hər hansı qurumdan məlumat istənilərkən sorğunu operativ cavablandırmaq məqsədilə məktəblilərin valideynləri haqqqında (iş yerləri, şəxsiyyət vəsiqələrinin surəti və faktiki yaşayış yerləri) məlumat toplanaraq baza yaradılır. Hər bir təhsil müəssisəsində belə bir baza olmalıdır. Şəxsiyyət vəsiqələrinin surəti də məhz bu məqsədlə toplanıb”.



A.Rüstəmova şagirdlərin məktəbə hansı avtmobil və avtobuslarda gəlməsilə bağlı məlumatların toplanmasını təkzib edib.



aia.az
Geri dön