Ana Sayfa > Cəmiyyət > Bakıda dəhşətli QƏTL - Gecə pəncərəsini döyəni qəbiristanlıqda güllələdi / Yenilənib

Bakıda dəhşətli QƏTL - Gecə pəncərəsini döyəni qəbiristanlıqda güllələdi / Yenilənib


11-02-2019, 15:47. Yazar: sevinc1
Bakıda dəhşətli QƏTL - Gecə pəncərəsini döyəni qəbiristanlıqda güllələdi / Yenilənib


Siyəzən rayonunda atışma hadisəsi baş verib. Hadisə səhər saatlarında, rayondakı qəbiristanlıqların birində yaşanıb. Atışma nəticəsində Elşən Qədirli Asim Əbdulov tərəfindən güllələnərək öldürülüb.

aia.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdulovun evinə gələrək, pəncərəni gizlincə döyməsi olub. Bundan qəzəblənən A.Əbdulov E.Qədirlini qəbiristanlığa aparıb və onun belə cəzalandırıb.

Hadisə ilə bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Qətli törədən Asim Əbdulov həbs olunub.

* * *

Siyəzəndə bir nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi baş verib.

aia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayondakı qəbiristanlıqlardan birində olub.

Hadisənin namus üstündə baş verdiyi deyilir.

Cinayəti törədən şəxs həbs olunub.


aia.az
Geri dön