Ana Sayfa > Karusel / Cəmiyyət > Bakı-Sumqayıt qatarında problem yarandı

Bakı-Sumqayıt qatarında problem yarandı


11-02-2019, 10:25. Yazar: sevinc1
Bakı-Sumqayıt qatarında problem yarandı


Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.


aia.az
Geri dön