Ana Sayfa > Cəmiyyət > Gürcüstandan Azərbaycana gələn vətəndaşın üzərində narkotik vasitə tapılıb

Gürcüstandan Azərbaycana gələn vətəndaşın üzərində narkotik vasitə tapılıb


9-02-2019, 17:07. Yazar: sevinc1
Gürcüstandan Azərbaycana gələn vətəndaşın üzərində narkotik vasitə tapılıb



Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus "Marlboro" markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön