Ana Sayfa > Təhsil > Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir

Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir


7-02-2019, 16:13. Yazar: sevinc1
Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir


Ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aia.az-a verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda 2018-ci ilin noyabr-dekabr aylarında paytaxt üzrə ibtidai sinif və fənn müəllimləri üçün keçirilən ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllimin iştirakı nəzərdə tutulur.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.

aia.az
Geri dön