Ana Sayfa > Dünya > Uşaq dağıntılar altından sağ çıxarıldı - 19 saat sonra

Uşaq dağıntılar altından sağ çıxarıldı - 19 saat sonra


7-02-2019, 15:29. Yazar: sevinc1
Uşaq dağıntılar altından sağ çıxarıldı - 19 saat sonra


Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında çökən 8 mərtəbəli binanın dağıntıları altından 5 yaşlı qız uşağı çıxarılıb.

BakuPost yerli mətbuata iatinadən xəbər verir ki, xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.

Binanın dağıntıları altında qalan digər şəxslərin xilas edilməsi üçün xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, fevralın 6-da binanın çökməsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xilas edilib. Dağıntılar altında ümumilikdə 43 nəfərin olduğu ehtimal edilir.

aia.az
Geri dön