Ana Sayfa > Manşet / Cəmiyyət > Bakı aeroportunda əməliyyat - Mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakı aeroportunda əməliyyat - Mütəşəkkil dəstə zərərsizləşdirildi


6-02-2019, 18:02. Yazar: sevinc1
Bakı aeroportunda əməliyyat - Mütəşəkkil dəstə zərərsizləşdirildi


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

BakuPost-un məlumatına görə, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön