Ana Sayfa > Cəmiyyət > Bakıda yol qəzalarının əsasən hansı ərazilərdə baş verdiyi məlum oldu

Bakıda yol qəzalarının əsasən hansı ərazilərdə baş verdiyi məlum oldu


4-02-2019, 11:57. Yazar: sevinc1
Bakıda yol qəzalarının əsasən hansı ərazilərdə baş verdiyi məlum oldu


Bakıda yol-nəqliyyat hadisələri həftənin şənbə və bazar günləri, əsasən saat 20:00-dan 24:00-a qədər baş verir. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, 2018-ci il ərzində yol qəzaları əsasən Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, şəhər şosesi, Zığ şosesi, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

aia.az
Geri dön