Ana Sayfa > Dünya > Türkiyəli hərbçilər Moskvaya danışıqlara gedir

Türkiyəli hərbçilər Moskvaya danışıqlara gedir


30-01-2019, 19:16. Yazar: sevinc1
Türkiyəli hərbçilər Moskvaya danışıqlara gedir


Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün yanvarın 31-də Moskvaya gedəcək.
Azvision.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə və Rusiya hərbi strukturlarının görüşündə təhlükəsizlik zonasının yaradılması daxil olmaqla, Suriyadakı vəziyyət və ABŞ qoşunlarının bu ölkədən çıxarılması məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya ilə sərhəddə uzunluğu 460, eni isə 32 km olan təhlükəsizlik zonası yaratmasına Moskvanın etiraz etmədiyini bildirmişdi.

aia.az
Geri dön