Ana Sayfa > İdman > “Neftçi”nin futbolçusu Cənubi Koreya klubunda

“Neftçi”nin futbolçusu Cənubi Koreya klubunda


30-01-2019, 19:13. Yazar: sevinc1
“Neftçi”nin futbolçusu Cənubi Koreya klubunda


"Neftçi” futbolçusu Dario Frederiko ilə yollarını ayırıb.

BakuPost klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.

Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Tequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.

Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qol vurub.

aia.az
Geri dön