Ana Sayfa > Karusel / Gündəm > Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI

Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI


29-01-2019, 10:57. Yazar: sevinc1
Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI


Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

aia.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

aia.az
Geri dön