Ana Sayfa > Karusel / Ölkə > Ölkədə internet niyə bərbaddır?

Ölkədə internet niyə bərbaddır?


28-01-2019, 12:07. Yazar: sevinc1
Ölkədə internet niyə bərbaddır?



Ötən gün axşam saatlarından ölkə ərazisində internetin verilişində problemlər yaranıb.

aia.az-ın məlumatına görə məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, ölkə ərazisində internetin kəsilməsi ilə bağlı quruma hər hansı bir şikayət daxil olmayıb.

"Sürətindəki problemlərlə bağlı da indi məlumat aldıq. Araşdırılacaq”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gündən başlayaraq, bəzi provayderlərin internet xidmətində kəsilmələr və zəif ötürülmələr müşahidə olunur. Xüsusilə "Ultel”də bu problem daha qabarıqdır.

Mobil operatorların internet xidmətində hələlik problem müşahidə olunmur.

aia.az
Geri dön