Ana Sayfa > Manşet / Gündəm > BŞİH müxalifətin mitinqinə İCAZƏ VERMƏDİ

BŞİH müxalifətin mitinqinə İCAZƏ VERMƏDİ


24-01-2019, 17:55. Yazar: sevinc1
BŞİH müxalifətin mitinqinə İCAZƏ VERMƏDİ


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

aia.az xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.

aia.az
Geri dön