Ana Sayfa > Manşet / Gündəm > Vergilər Nazirliyinin saləhiyyəti azaldılır - Prezident daha bir qurumu ləğv etdi

Vergilər Nazirliyinin saləhiyyəti azaldılır - Prezident daha bir qurumu ləğv etdi


19-01-2019, 11:37. Yazar: sevinc1
Vergilər Nazirliyinin saləhiyyəti azaldılır - Prezident daha bir qurumu ləğv etdi


Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatını aparan qurum ləğv ediləcək.

BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmanda qeyd edilib ki, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bununla əlaqədar Nazirlər Kabinetinə tapşırılıb ki, Vergilər Nazirliyinin həmin xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində nazirliyin işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

aia.az
Geri dön