Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda sulu qar yağır - Dənizdə dalğanın hündürlüyü isə...

Bakıda sulu qar yağır - Dənizdə dalğanın hündürlüyü isə...


17-01-2019, 12:51. Yazar: sevinc1
Bakıda sulu qar yağır - Dənizdə dalğanın hündürlüyü isə...



"17 yanvar saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir”.

Bu barədə BakuPost-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan məlumat verilib.

Bildirilib ki, hazırda sulu qar və yağış müşahidə olunur.

"Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.

aia.az
Geri dön