Ana Sayfa > Manşet / Dünya > Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB


17-01-2019, 08:00. Yazar: sevinc1
Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.Modern.azxəbər verir ki, paytaxtın Diqomi rayonunda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edib.

***

"Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb”.aia.az"Report”a istinadən xəbər verir ki, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.

aia.az
Geri dön