Ana Sayfa > Gündəm > “Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ


15-01-2019, 17:49. Yazar: sevinc1
“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ


Xəbər verdiyimiz kimi, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. Novxanı sakinlərinin Modern.az-ın əməkdaşına verdiyi məlumata görə, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Sakinlər səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.


Modern.az-ın əməkdaşı hadisə ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlayıb. O, hadisədən xəbərsiz olıduğunu bildirib:

“Mənim bununla bağlı heç bir məlumatım yoxdur. Hər halda mütləq araşdırmaq lazımdır. Üstəlik, Rəsulzadənin anadan olmasının 135-ci ilinə az qalmış belə hadisənin baş verməsi təəccüblüdür. Mən özüm də məlumat əldə etməyə çalışacağam”.


Tarixçi-alim, Rəsulzadə irsinin və Cümhuriyyət tarixinin araşdırmaçısı Nəsiman Yaqublu da bu hadisəni pisləyib. Onun fikrincə, “Cümhuriyyət ili”nin yenicə yekunlaşdığı bir vaxtda Rəsulzadənin evinin önündəki lövhənin çıxarılması çox mənfi haldır:


“Düşünürəm ki, hakimiyyət orqanları bununla ciddi məşğul olmalıdır. Novxanı ərazisinə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Bu əməli hər kim törədibsə, aşkarlanmalı, məsuliyyətə cəlb edilməlidir. Mən özüm də mütləq bunu araşdırıb, məlumat əldə etməyə çalışacağam. Bu məsələ belə qalmamalıdır”.


aia.az
Geri dön