Ana Sayfa > Karusel / Cəmiyyət > Sumqayıtda dəhşət - Ər hamilə arvadını döyüb, qollarını kəsdi

Sumqayıtda dəhşət - Ər hamilə arvadını döyüb, qollarını kəsdi


11-01-2019, 11:54. Yazar: sevinc1
Sumqayıtda dəhşət - Ər hamilə arvadını döyüb, qollarını kəsdi


Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön