Ana Sayfa > Dünya > Qarabağ separatçılarının keçmiş lideri Koçaryana azadlıq istədi

Qarabağ separatçılarının keçmiş lideri Koçaryana azadlıq istədi


7-01-2019, 13:10. Yazar: sevinc1
Qarabağ separatçılarının keçmiş lideri Koçaryana azadlıq istədi


Dağlıq Qarabağ separatçılarının keçmiş lideri, 1998-2008-ci illərdə Azərbaycanın işğal atındakı torpaqlarında yaradılan “DQR” rejiminin rəhbəri Arkadi Qukasyan Koçaryana azadlıq tələb edib.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli jurnalistə kiçik müsahibə verən Qukasyan Robert Koçaryanın azadlığa çıxmasına ümid etdiyini deyib.



“Koçaryanın işi ilə bağlı hüquqi qiymət vermək istəmirəm. İnsanın günahkar olub-olmadığını məhkəmə həll etməlidir. Ümid edirəm ki, məhkəmə Koçaryanın hökmünə yenidən baxar və prosesinin tərəfsizliyini təmin edəcək”.



aia.az
Geri dön