Ana Sayfa > Manşet / Cəmiyyət > Bakıdakı silahlı insidentin təfərrüatı - Kriminal qruplaşmaların “hesablaşma”sı

Bakıdakı silahlı insidentin təfərrüatı - Kriminal qruplaşmaların “hesablaşma”sı


28-12-2018, 12:57. Yazar: sevinc1
Bakıdakı silahlı insidentin təfərrüatı - Kriminal qruplaşmaların “hesablaşma”sı


Bakı şəhəri, Keşlə qəsəbəsində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüat məlum olub.

aia.az Report-a istinadən xəbər verir ki, hadisə kriminal qruplaşmalar arasında "hesablaşma” zəminində olub.

"Avro renta car” şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tutulmadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

aia.az
Geri dön