Ana Sayfa > Təhsil > Cəlilabadda şagirdi döyən məktəb direktoru İŞDƏN ÇIXARILDI

Cəlilabadda şagirdi döyən məktəb direktoru İŞDƏN ÇIXARILDI


20-12-2018, 12:00. Yazar: sevinc1
Cəlilabadda şagirdi döyən məktəb direktoru İŞDƏN ÇIXARILDI


Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.

Cəlilabad Rayon Təhsil Şöbəsindən BakuPost-a verilən məlumata görə, hadisəylə bağlı araşdırma aparılır:

"Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntüyə dair bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

aia.az
Geri dön