Ana Sayfa > Gündəm > Oğrulara hədəf olan jurnalist nazirin qəbuluna yazılmaq istəyir, amma...

Oğrulara hədəf olan jurnalist nazirin qəbuluna yazılmaq istəyir, amma...


19-11-2018, 14:46. Yazar: sevinc1
Oğrulara hədəf olan jurnalist nazirin qəbuluna yazılmaq istəyir, amma...



Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədli daxişi işlər naziri Ramil Usubovun noyabrın 24-də Sumqayıtda keçirəcəyi qəbula yazılmaq istəyir.

O, qəbula yazılmaq istəməsinin səbəbi kimi şəxsi minik avtomobilini qarət edənlərin tapılmamasını göstərib.



A.Məmmədli bildirib ki, bu il yanvarın 2-də axşam saat 20.00 radələrində Sumqayıtdakı "Fanfun” əyləncə mərkəzinin yaxınlığında saxladığı "Hyundai” markalı avtomobili naməlum şəxslərin hədəfinə tuş gəlib.



Jurnalist deyib ki, onun maşınının pəncərəsini sındıran şəxslər həyat yoldaşına məxsus çantanı oğurlayıblar. Oğurlanmış çantada isə A.Məmmədlinin həyat yoldaşının təxminən 8200 manat dəyərində qızıl-zinət əşyaları olub.



Hadisənin araşdırılmasının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həvalə olunduğunu xatırladan Ağaşirin Məmmədli Modern.az-a daxili işlər nazirinin qəbuluna düşməklə ondan kömək istəyəcəyini deyib.



Lakin qəbula yazılmaq üçün Sumqayıta gedən A.Məmmədli hansısa səbəbdən siyahıdan kənarda qalıb. Jurnalist (zərəçəkənin əlaqə nömrəsi 050-515-19-74) bundan çox təəssüfləndiyini vurğulayıb.

Jurnalist bildirib ki, məsələnin bu qədər uzanmasından - oğruların 11 ayda tapılmamasından çox narahatdır.

A.Məmmədli əvvəllər "Avrasiya”, "Bu gün” və bir sıra qəzetlərdə çalışıb. Hazırda "Ekspert” qəzetinin əməkdaşıdır.


aia.az
Geri dön