Ana Sayfa > Karusel / Cəmiyyət > "Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

"Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı


16-11-2018, 11:04. Yazar: sevinc1
"Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı


Noyabrın 15-də gecə saatlarında "Sovetski"də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.

aia.az xəbər verir ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonunda sökülməkdə olan, ümumi sahəsi 300 m² olan 5 yaşayış evinin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön