Ana Sayfa > Karusel / Siyasət > Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”

Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”


15-11-2018, 14:48. Yazar: sevinc1
Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”


"Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı...”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir:

"Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticə olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.(modern.az)



aia.az
Geri dön