Ana Sayfa > Gündəm > “Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI

“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI


15-11-2018, 12:55. Yazar: sevinc1
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI



Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Modern.az saytının məlumatına görə, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.

Əvəzində Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Xatıqladaq ki, Gəray Fərhadov “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi.
2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi.

aia.az
Geri dön