Ana Sayfa > Cəmiyyət > Barmağında üzük qaldı, FHN çıxardı

Barmağında üzük qaldı, FHN çıxardı


9-11-2018, 12:18. Yazar: sevinc1
Barmağında üzük qaldı, FHN çıxardı


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.

aia.az
Geri dön