Ana Sayfa > Cəmiyyət > Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı

Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı


8-11-2018, 14:19. Yazar: sevinc1
Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı

Bakıda metroda qatarda problem yaranıb.



"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib:





"Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".



Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.



B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur".

aia.az
Geri dön