Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bayram günləri avtobuslar necə işləyəcək?

Bayram günləri avtobuslar necə işləyəcək?


23-12-2015, 16:07. Yazar: admin


“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər

Aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AzərTac-a deyib.Onun sözlərinə görə MMC artıq gücləndirilmiş iş rejiminə keçib.

Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər.
Geri dön