Ana Sayfa > Gündəm > Deputatalara verilən ezamiyyə xərcləri artırıla bilər

Deputatalara verilən ezamiyyə xərcləri artırıla bilər


7-11-2018, 11:31. Yazar: sevinc1
Deputatalara verilən ezamiyyə xərcləri artırıla bilər


Milli Məclisin ezamiyyə xərclərinin artırılması təklif edilir. Modern.az-ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır.

“Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”

aia.az
Geri dön