Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Yol qəzasında 3 nəfər yaralandı

Yol qəzasında 3 nəfər yaralandı


23-12-2015, 14:46. Yazar: admin
Yol qəzasında 3 nəfər yaralandı

Aia.az Region TV istinadən xəbər verir ki, İmişlidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hacıqabul-Horadiz avtomobil yolunun 109-cu kilometrliyində qeydə alınan hadisə zamanı İmişli sakini Ələmdar Məhəmməd oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Beyləqan sakini Vaqif Çərkəz oğlu Rəsulovun idarə etdiyi "Opel" markalı minik maşını toqquşub. Zərbənin təsirindən hər iki minik maşını yoldan çıxaraq kənara düşüb.

Nəticədə avtomobillərin sürücüləri və "Opel"də olan sərnişin Eldar Ərşad oğlu Sədiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Geri dön