Ana Sayfa > Manşet / Gündəm > Nazirlər Kabinetinin Ehtiyat Fonduna 100 milyon manat ayrılır

Nazirlər Kabinetinin Ehtiyat Fonduna 100 milyon manat ayrılır


1-11-2018, 09:41. Yazar: sevinc1
Nazirlər Kabinetinin Ehtiyat Fonduna 100 milyon manat ayrılır


2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ehtiyat Fonduna ayrılacaq vəsaitin həcmi bəlli olub.

Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, Nazirlər Kabinetinin (dövlət büdcəsinin) Ehtiyat Fonduna 100.000.000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.


Qeyd edək ki, Nazirlər Kabineti Ehtiyat Fondundan vəsait ayrılmasına dair təqdim edilən əsaslandırıcı sənədləri araşdırdıqdan sonra, Ehtiyat Fondundan vəsaitin ayrılması məsələsinə baxır və zəruri hallarda qərar (sərəncam) qəbul edir.


Ehtiyat Fondundan ayrılmış vəsait yalnız Nazirlər Kabinetinin qərar və sərəncamında göstərilən məqsədlərə yönəldilir.


Nazirlər Kabinetinin qərar və sərəncamında verilmiş tapşırıqlara əsasən, Ehtiyat Fondundan vəsaitin ayrılması Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada icra edilir.


aia.az
Geri dön