Ana Sayfa > Karusel / Gündəm > Parlamentin İntizam Komissiyasının işi ÇOXALIB

Parlamentin İntizam Komissiyasının işi ÇOXALIB


31-10-2018, 09:54. Yazar: sevinc1
Parlamentin İntizam Komissiyasının işi ÇOXALIB


Xəbər verdiyimiz kimi, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik təklif olunur. Təklif edilən dəyişikliklə üzvlərin sayı 7-dən 9-a artırılır.

Dəyişiklik parlamentin 30 oktyabrda keçirilən iclasında birinci oxunuşda qəbul edilib.

Hazırki maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.



Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.



Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev Modern.az-a bildirib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək.



Ağacan Abiyev İntizam komissiyasının üzvlərinin artırılması məsələsinə də toxunub:



“İntizam komissiyasının işi çoxalıb. İş çox olduğuna görə, 7 nəfər çatdırmayacaq. Ona görə də İntizam komissiyasının üzvlərinin sayı 7-dən 9-a qaldırılır. Komissiya üzvlərinin sayının artırılması bununla bağlıdır”.



Payız sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib.



Deputat onu da bildirib ki, hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyasının tərkibinə yenidən baxılır.



“2019-cu ilin yaz sessiyasında da Milli Məclisin birinci iclasında komissiyanın tərkibinə yenidən baxılacaq”.

aia.az
Geri dön