Ana Sayfa > Aia TV > “Azəri Vandam”ı Bakıda döydülər

“Azəri Vandam”ı Bakıda döydülər


22-10-2018, 15:05. Yazar: sevinc1
“Azəri Vandam”ı Bakıda döydülər


Özünü "Azəri Vandam" kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.

aia.az Yenicag-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü "Vandam" kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.

Bu zaman gənclərdən biri "Azəri Vandam"a yaxınlaşaraq "bambılılıq etmə, ətrafda insanlar var" deyib. "Azəri Vandam"ın gəncə cavab qaytarması ona baha başa gəlib.

Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc "Azəri Vandam"ı sillə-təpiyə "qonaq edib". Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.

aia.az
Geri dön