Ana Sayfa > Aia TV > Mehriban Xanlarova hamıya cavab verdi: “Əcəb etmişəm”

Mehriban Xanlarova hamıya cavab verdi: “Əcəb etmişəm”


19-10-2018, 11:39. Yazar: sevinc1
Mehriban Xanlarova hamıya cavab verdi: “Əcəb etmişəm”


Əməkdar artist Mehriban Xanlarova aparıcılıq etdiyi "Canım sizə desin” proqramını təqnid edənlərə cavab verib.

BakuPost xəbər verir ki, aktrisa sosial şəbəkədə video şəklində açıqlama paylaşıb. Bildirib ki, onun sənəti aktrisalıqdır: "Hər kəs bilir ki, mən aktrisayam. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. Azəri Vandam qonağım idi, ona hörmətsizlik olmasın deyə onunla şpaqat açmaq istədim. Halbuki bunu bacarmıram. Hər kəs gördü ki, şpaqat aça bilmədim. Sadəcə olaraq qonağıma hörmətlə yanaşdım, elədiyi hərəkətləri təkrarladım. Küçədə insanları başıma yığıb bunları reklam üçün etməmişəm ki? Etmişəmsə, əcəb etmişəm”.

aia.az
Geri dön