Ana Sayfa > Dünya > Jurnalisti qətlə yetirən şəxs ölkəsinə təhvil verilib

Jurnalisti qətlə yetirən şəxs ölkəsinə təhvil verilib


19-10-2018, 09:33. Yazar: sevinc1
Jurnalisti qətlə yetirən şəxs ölkəsinə təhvil verilib


Almaniya bolqarıstanlı jurnalist, tanınmış televiziya aparıcısı Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirovu bu ölkəyə ekstradisiya edib.

aia.az xarici mediaya istinadən xəbər verir ki, onu gətirən təyyarə Sofiya aeroportuna enib. Təhlükəsizlik qüvvələri aeroportda gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

Ruse şəhərinə gətiriləcək S.Krasimirov təcavüz və qətldə ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tədqiqatçı jurnalist Ruse şəhərindəki parkda qətlə yetirilmişdi.

aia.az
Geri dön