Ana Sayfa > Aia TV > Klip 2 milyon baxış sayını keçdi

Klip 2 milyon baxış sayını keçdi


17-10-2018, 16:55. Yazar: sevinc1




Əməkdar artist Röya Ayxanın Türkiyədəki “Afaki” adlı klipini rekord qırmağa davam edir.

aia.az xəbər verir ki, sənətçinin ifa etdiyi mahnı “Youtube” portalında üzrə ən çox baxılan videolar siyahısındadır.
Mahnının sözləri və musiqisi Oğuz Yılmaza, aranjimanlı isə Alper Atakana məxsus olan “ Afaki” ifaçının əməkdaşlıq etdiyi qardaş ölkənin nüfuzlu "POLL Production" şirkətinin rəsmi səhifəsində 2 milyondan çox insan izləyib, 1544-ə yaxın şərh yazılıb.
Qeyd edək ki, ekran işinin rejissorluğu Orçun Mutluya aiddir. Klipin çəkilişləri 1868-ci ildə inşa edilmiş “Fransız Saint Joseph” yetimxanasında lentə alınıb. 2 günə tamamlanan çəkilişdə 27 nəfər çalışıb.

aia.az


Geri dön