Ana Sayfa > Karusel / Cəmiyyət > Qəbələdə yanan ərəblərin vəziyyəti necədir?

Qəbələdə yanan ərəblərin vəziyyəti necədir?


17-10-2018, 11:15. Yazar: sevinc1
Qəbələdə yanan ərəblərin vəziyyəti necədir?


Respublika Yanıq Mərkəzinə yerləşdirilən iki Suriyalı vətəndaşın vəziyyəti hazırda normaldır.

aia.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. Onun sözlərinə görə, ərəblərin müalicələri davam edir.

"Onlar reanimasiyadadırlar və vəziyyətləri yaxşıdır. Hələ müalicələri davam edir və bir müddət Mərkəzdə qalacaqlar”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

aia.az
Geri dön