Ana Sayfa > Karusel / Ölkə > Bakıdakı bu yollarda sürət həddi endirildi

Bakıdakı bu yollarda sürət həddi endirildi


5-10-2018, 09:25. Yazar: sevinc1
Bakıdakı bu yollarda sürət həddi endirildi


Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Agentlikdən aia.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

aia.az
Geri dön