Ana Sayfa > Səhiyyə > Aşurada yığılan qanların müayinəsi başlayıb

Aşurada yığılan qanların müayinəsi başlayıb


21-09-2018, 15:38. Yazar: sevinc1
Aşurada yığılan qanların müayinəsi başlayıb


Aşura günü ölkə üzrə 5539 nəfər qan verib. Bu şəxslərdən 2492,6 litr qan tədarük olunub.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva AzVision.az-a açıqlamasında bildirib ki, qanlar regionlardakı banklara və Mərkəzi Qan Bankına gətirilib.

“Artıq həmin qanların müayinəsinə başlanılıb. Azacıq şübhəli qan olsarsa, istifadəyə buraxılmır. Qanlar yoxlanıldıqdan sonra ehtiyacı olan insanlara vurulacaq”.

Qeyd eədk ki, könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

aia.az
Geri dön