Ana Sayfa > Cəmiyyət > Polis borca görə 19 nəfəri saxladı

Polis borca görə 19 nəfəri saxladı


19-09-2018, 08:58. Yazar: sevinc1
Polis borca görə 19 nəfəri saxladı


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.



Bu haqda aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.



Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

aia.az
Geri dön