Ana Sayfa > Cəmiyyət > Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü

Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü


17-09-2018, 15:27. Yazar: sevinc1
Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü


Tovuz rayonunda gənc oğlan atdan yıxılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Həsənli kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Sadıqov Sahəddin Natiq oğlu kənd ərazisində at çaparkən yıxılıb.

S.Sadıqov ağır kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralının vəziyyəti ağır sabit qiymətləndirilir.

aia.az
Geri dön