Ana Sayfa > Cəmiyyət > Ötən günün cinayət STATİSTİKASI

Ötən günün cinayət STATİSTİKASI


11-09-2018, 15:43. Yazar: sevinc1
Ötən günün cinayət STATİSTİKASI


Sentyabrın 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

aia.az
Geri dön