Ana Sayfa > Səhiyyə > Alimlər süd vəzisi xərçənginin müalicəsini tapdılar

Alimlər süd vəzisi xərçənginin müalicəsini tapdılar


1-09-2018, 17:08. Yazar: sevinc1
Alimlər süd vəzisi xərçənginin müalicəsini tapdılar


Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

Trend-in məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mubarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Qeyd edək ki, qadınlarda aşkarlanan bədxassəli şişlər arasında süd vəzisi xərçəngi çox geniş yayılıb. Dünyada bu xəstəlikdən hər il 521 min insan ölür.

aia.az
Geri dön