Ana Sayfa > Gündəm > Nazir icra hakimiyyətinin baş mühasibinə yüksək vəzifə verdi

Nazir icra hakimiyyətinin baş mühasibinə yüksək vəzifə verdi


30-08-2018, 15:31. Yazar: sevinc1
Nazir icra hakimiyyətinin baş mühasibinə yüksək vəzifə verdi


Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib.

aia.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Yusif oğlu Muradov 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzi Şəmkir rayonunda yerləşir.

Xatırladaq ki, V.Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb.

aia.az
Geri dön