Ana Sayfa > İdman > Neymar “Real”a keçməyə razılıq verdi

Neymar “Real”a keçməyə razılıq verdi


27-08-2018, 16:15. Yazar: sevinc1



“PSJ”nin və Braziliya yığmasının hücumçusu Neymar Madrid “Real”ına keçməyə razılıq verib.

aia.az xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı braziliyalı ilə müqavilənin şərtlərini razılaşdırıb.

Gözlənilir ki, transfer növbəti ilin yayında baş tutacaq. “Real” Kriştianu Ronaldunu klubda əvəz edəcək futbolçuya görə 300 milyon avro ödəyəcək.

Xatırladaq ki, bundan əvvəl Neymar bir neçə il “Barselona”da oynayıb və kataloniyalıların tərkibində iki dəfə İspaniya çempionu, üç dəfə İspaniya kubokunun, İspaniya suberkubokunun sahibi, Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.

2017-ci ildə “PSJ”yə keçən braziliyalı ötən mövsüm 30 oyunda meydana çıxıb, 28 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az
Geri dön