Ana Sayfa > Gündəm > Rauf Rəcəbov İTV-dən uzaqlaşdırıldı – “Təmizləmə” davam edir

Rauf Rəcəbov İTV-dən uzaqlaşdırıldı – “Təmizləmə” davam edir


15-08-2018, 14:40. Yazar: sevinc1
Rauf Rəcəbov İTV-dən uzaqlaşdırıldı – “Təmizləmə” davam edir



İTV-nin Gənclər, Elm və Təhsil Departamentinin direktoru Rauf Rəcəbov işdən çıxarılıb.

BakuPost-un məlumatına görə, onun işdən azad olunması ilə bağlı ərizəsi bir neçə gün əvvəl alınıb.

Xəbərə görə, İTV-nin yeni rəhbəri Balakişi Qasımovun göstərişi ilə R.Rəcəbovla yanaşı bir neçə nəfər də vəzifəsini itirib. Yaxın günlərdə İTV-dən kütləvi işdən çıxarılmanın baş verəcəyi bildirilir.

Qeyd edək ki, Rauf Rəcəbov 2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər Departamentinin direktoru vəzifəsində çalışıb. 2011-2013-cü illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və Baş redaktoru olub.

2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəzifəsində çalışıb. 2016-cı ilin yanvar-iyun aylarında İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini, iyun-sentyabr aylarında isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru vəzifəsində çalışıb.

2016-cı ilin sentyabr ayından 2017-ci ilin iyun ayınadək İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktoru olub.

2017-ci ilin iyun ayından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru, eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olub.


aia.az
Geri dön