Ana Sayfa > Ölkə > Bu istirahət mərkəzlərinin sahibləri CƏRİMƏLƏNDİ

Bu istirahət mərkəzlərinin sahibləri CƏRİMƏLƏNDİ


14-08-2018, 15:02. Yazar: sevinc1
Bu istirahət mərkəzlərinin sahibləri CƏRİMƏLƏNDİ


Bakı şəhərinin Xəzər dənizi sahil zolağında "Ətraf Mühitin Mühafizəsi” və "İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən "Həyat”, "Dəniz”, "Matros” və "Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

aia.az
Geri dön