Ana Sayfa > Dünya > Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”


14-08-2018, 14:24. Yazar: sevinc1
Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”


Türkiyə Amerika istehsalı olan elektron məhsulları boykot edəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib:

"Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə "Samsung" , “Vestel”, “Venus” da mövcuddur. Biz özümüzə bəsik”.

Ərdoğan qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:

“Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”

aia.az
Geri dön